Xəzər Xəbər

İranda neft yatağında yanğın baş verib

Dünya | 17:58 • 12 İyun 2019
İranda neft yatağında yanğın baş verib

İranın Cənub Pars yatağında, neft istehsalı platformasında yanğın baş verib.


APA-nın Tehran bürosunun məlumatına görə, ölkənin dövlət televiziyasının rəsmi saytı "iribnews"un adını açıqlamadığı mənbəyə istinadan yaydığı xəbərdə qeyd olunub ki, yanğın yatağının 9-cu platformasında başlayıb.


Neft Nazirliyindən yanğının çox güclü olmadığı, qısa müddətdə söndürüldüyü bildirilib.

Qeyd edilib ki, yanğın platformaya cüzi ziyan vurub və hazırda yanğının fəsadlarının aradan qaldırılması üçün işlər görülür. Platforma tezliklə bərpa ediləcək.

Xəbər lenti