Xəzər Xəbər

Bakıda narkotik satışı ilə məşğul olan iki nəfər tutulub - VİDEO

Veb TV | 19:37 • 12 İyun 2019
Bakıda narkotik satışı ilə məşğul olan iki nəfər tutulub -

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan iki nəfər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Surxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədovu saxlayıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən yarım kiloqramdan çox heroin, habelə tiryək, marixuana və müxtəlif növ psixotrop maddə aşkar edilərək götürülüb. Dindirmə zamanı Əminə Babayeva Teymur Məmmədovla əlbir olub narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Əminə Babayeva barəsində Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti