Xəzər Xəbər

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralı VİDEO

Veb TV | 20:04 • 23 May 2019
Azərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralı

Neftçalada ağır yol qəzasıbaş verib. Mikroavtobusun sürücüsünün ehtiyatsızlığı nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi yük maşınına çırpılıb. Nəticədə 4 nəfər ölüb. Yevlaxda isə içərisində tələbələrin də olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticdə 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Dəhşətli hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 86-cı kilometrliyində - Neftçala rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan mikroavtobus yüksək sürətlə qarşıda gedən yük maşınının arxa hissəsinə çırpılıb. Qəza nəticəsində mikroavtobusdaolan Yardımlı rayon sakinləri - 21 yaşlı Cavid Yaqubov, 44 yaşlı Rövşən Məhərrəmov, 48 yaşlı Səlim Mirzəyev və 28 yaşlı AzərƏliyev hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə nəticəsində xəsarət alan həmin rayonun sakinləri - 21 yaşlı Çinarə Əsgərzadə və 28 yaşlı Şiraz Hümbətzadə Cəlilabad rayon MərkəziXəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə gələn təcili yardım maşınları ilə ölən şəxslərin meyitləri müayinə olunmaları üçün Salyan Məhkəmə-Tibbi Ekspertisası və Patoloji Anatomiya Birliyinə göndərilib. Faktlabağlı araşdırma aparılır.

Yevlaxda da içərisində tələbələrin olduğu mikroavtobus qəzaya uğrayıb, ölən və xeyli sayda xəsarət alanlar var. Hadisə bu gün səhər saatlarında Yevlax-Xaldan yolunun rayonun Quşçu kəndindən keçən hissəsində baş verib. Mikroavtobusun hərəkətdə olarkən təkərinin partlaması onun yoldan çıxaraq aşmasına səbəb olub. Nəticədə 2 nəfər - Sevindik İmanzadə və Mingəçevir Turizm Kollecinin tələbəsi olduğu bildirilən Səadət Musayeva dünyasını dəyişib. Xəsarət alan 23 nəfər isə Yevlax və Mingəçevir xəstəxanlarına yerləşdirliblər. Qeyd edəki, sərnişin avtobusunda olanların əksəriyyəti tələbələr olub, onlar Yevlaxdan Mingəçevirə gedirlərmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti