Xəzər Xəbər

5 uşağının qatili ilə üz-üzə gəldi: "Dayana bilmirəm" VİDEO

Veb TV | 16:41 • 22 May 2019
5 uşağının qatili ilə üz-üzə gəldi: "Dayana bilmirəm"

ABŞ-da 5 uşağını öldürən cani ata Timothy Conesin məhkəməsi keçirilib.

Məhkəməyə uşaqların anası, caninin eks həyat yoldaşı Amber Kyzer şahid olaraq qatılıb.

O, məhkəmədə Cones ilə boşanma müddətində ən böyük dəstəkçisi böyük uşağı Merah Conesə yazdığı məktubu ağlayaraq oxuyub.

"Uşaqlarım, siz mənim ən böyük dünyamsınız. Ana və atanız sizin kimi övladlara sahib olduğu üçün şükr edir"- deyən Amber Kyzer hıçqırıqlara boğulub və "Tanrım, tanrım. Uşaqlarım, uşaqlarım"-deyərək sinir krizi keçirib.

Kədərli ana, hakim Suzanna Mayesin "Niyə məhkəməyə ilk dəfə qatılırsınız"-sualına, "Buna dözə bilmirəm"-cavabını verib.

Bu sırada 5 uşağının qatili olan cinayətkar ata Timothy Cones olan bitəni heç bir reaksiya vermədən izləyib.

Cinayətkarın vəkilləri atanın cinayətini yalanlamayıblar, ancaq cinayəti törədərkən onun psixoloji problemlərinin olduğunu irəli sürərək müdafiə ediblər.

Xatırladaq ki, Timothy Conesin 2014-cü ildə 6 yaşlı oğlu Nahtahnı evdəki elektrik yuvasını xarabladığı üçün öldürdüyü sübut olunub. Daha sonra cani ata 8 yaşındakı Merah və 7 yaşındakı Eliası əlləri ilə, 2 yaşındakı Qabrieli və bir yaşlı oğlu Abiqaili kəmərlə boğaraq öldürmüşdü.

5 uşağını öldürən cinayətkar uşaqların cansız bədənini plastik torbalara yığıb, 9 gündən sonra dağlıq əraziyə tullayıb.

Polis yoxlanış zamanı cinayətkarın maşınından pis qoxu gəlməsi səbəbilə onu saxlamış və meyitləri aşkarlamışdı.

Metbuat.az

Xəbər lenti