Xəzər Xəbər

"Valensiya" Çempionlar Liqasına vəsiqə qazandı - VİDEO

Veb TV | 14:43 • 19 May 2019
"Valensiya" Çempionlar Liqasına vəsiqə qazandı -

İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun görüşləri keçirilir.

Son turda avrokubokların bütün iştirakçıları müəyyənləşib.

"Valensiya" səfərdə "Real Valyadolid"i 2:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Evdə "Vilyarreal"la 2:2 hesablı heç-heçə edən "Xetafe" tarixi fürsəti əldən verib. 5-ci yeri tutan Madrid klubu Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

"Barselona", "Atletiko", "Real", "Valensiya" İspaniyanı Çempionlar Liqasında, "Xetafe", "Sevilya" və "Espanyol" isə Avropa Liqasında təmsil edəcək.

"Real Valyadolid" - "Valensiya" - 0:2
Qollar:Soler, 36, Rodriqo, 52 (Qol.az)



Xəbər lenti