Xəzər Xəbər

Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradılıb - FLƏŞMOB - VİDEO

Veb TV | 19:38 • 16 May 2019
Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradılıb -

Gəncədə gənclərin iştirakı ilə böyük fləşmob təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, 3 min tələbənin qatıldığı aksiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti canladırılıb.

Şəhərin baş meydanında təşkil olunan aksiyaya qatılan tələbələr Gəncədəki universitet və kolleclərdən könüllülük prinsipi əsasında seçilib. Aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubıleyinə həsr edilib.

Təşkilatçıların sözlərinə görə, növbəti bu cür fləşmobların keçirilməsi üçün ideya və təkliflər üzərində iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar