Xəzər Xəbər

Zoologiya İnstitutu: "Azərbaycanda ilanların hücumlarının sayı artıb"

Cəmiyyət | 16:06 • 16 May 2019
Zoologiya İnstitutu: "Azərbaycanda ilanların hücumlarının sayı artıb"

"Azərbaycanda ilanların sayında əvvəlki illərə nisbətən artım olmayıb, lakin onların hücumlarının sayı artıb”.


Bu barədə ONA-ya Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.


O bildirib ki, ilanların hücumlarının artmasının bir neçə səbəbi var: "Bunlardan biri yazın gəlişi və ilanların cütləşmə dövrünün başlamasıdır. Başqa bir səbəb isə son illərdə kənd təsərrüfatı sahəsində geniş islahatların aparılmasıdır. Əvvəl yulğunluq, çöllük olan sahələrdə yeni əkin-biçin sahələri salınır. Belə olan halda ilanlar, o cümlədən başqa canlılar miqrasiya etməyə məcbur qalır və qida axtarışı ilə əlaqədar insanların yaşadıqları ərazilərə daxil olur. Buna görə də son vaxtlar ilan hücumlarının sayı artır, bizə isə elə gəlir ki, ilanların sayı artıb. Zoologiya İnstitutu son illərdə ilanların sayında artımla bağlı heç nə müşahidə etməyib”.


Direktor ilanlardan qorunmaq üçün əkin sahələrində çalışanlara balağı bağlı şalvar geyinməyi, burnu dəmir örtüklü uzunboğaz çəkmələrdən istifadə etməyi məsləhət görüb: "Hündür otlaqların olduğu ərazilərə girərkən, daşları qaldırarkən ehtiyatlı olmağı məsləhət görürəm. Kənd yerlərində ilanlar çəpərlərin, divarların boşluqlarında, oyuqlarında, gəmiriciləri, cücələri ovlamaq məqsədi ilə zirzəmilərdə, tövlələrdə gizlənirlər. Onların qarşısını almaq üçün oyuq yerlərini suvamaq, zirzəmilərin qapılarını möhkəm bağlamaq lazımdır. Çünki ilanlar infra-qırmızı şüalar vasitəsi ilə yemək olan yerləri hiss edirlər və buna görə zirzəmilərdə, anbarlarda onlara tez-tez rast gəlinir”.


E.Yusifov bildirib ki, Zoologiya İnstitutuna hər gün ilanlarla bağlı bir neçə zəng olur: "Deyirlər ki, evimizdə, həyətimizdə ilan var, gəlin onu tutun. Lakin bizim nə belə bir vəzifəmiz, nə də çağırış yerlərinə gedib ilanları tutmaq üçün kifayət qədər mütəxəssislərimiz var. Bizim işçilər alimdirlər, ilan tutmaq üzrə ixtisaslaşmayıblar”.


İnstitut rəhbəri ilanlardan qorunmaq üçün təkliflə çıxış edib: "Fövqaladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, bələdiyyələrin daxilində bu sahə üzrə bölmə yaradılsa, yaxşı olar. Biz həmin bölmədə ilan tutan mütəxəssislərin yetişdirilməsinə kömək də göstərə bilərik. Əgər dediyim qurumlardan birində bu cür mütəxəssislər yetişdirilsə, o zaman ilanların hücumlarına məruz qalmalar da azalar”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
543 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti