Xəzər Xəbər

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

İqtisadiyyat | 15:52 • 16 May 2019
SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "BP Exploration (Caspian Sea)” Özbəkistanda Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirir.

Podrobno.uz portalının məlumatına görə, bununla bağlı bağlı SOCAR, BP və "Uzbekneftegaz” arasında iki sənəd imzalanıb.

Birinci anlaşma Özbəkistanda yataqların birgə kəşfiyyatı və inkişafı imkanlarını araşdırmaq, digər memorandum isə Özbəkistanın investisiya bloklarında kəşfiyyat imkanlarını araşdırmaq üçün nəzərdə tutulub.

"Sənədlər geoloji-kəşfiyyat işlərinin aparılması üçün nəzərdə tutulub. BP bizim tərəfdaşımızdır. Bundan başqa, biz özbək tərəfinin Azərbaycanda geoloji-kəşfiyyat işlərinin aparılması məsələsini müzakirə edirik”, - SOCAR vitse-prezidenti Bəhram Hüseynov deyib.

Qeyd edək ki, bundan əvvəl "Uzbekneftegaz” Azərbaycan şirkəti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd özbək mütəxəssislərin SOCAR-da hazırlanmasını, eləcə də, "Uzbekneftegaz”ın Azərbaycandakı layihələrdə iştirakını nəzərdə tutur.

Xəbər lenti