Xəzər Xəbər

Mövlud Cavuşoğlu: “S-400”-lər Türkiyənin nəzarətində olacaq”

Dünya | 15:35 • 16 May 2019
Mövlud Cavuşoğlu: “S-400”-lər Türkiyənin nəzarətində olacaq”

"ABŞ-ın "S-400” raket sisteminin "F-35” və ya NATO-nun digər sistemlərinə təsir edəcəyi haqqında bir iddiaları var. Dəfələrlə açıq şəkildə bildirmişik ki, bu sistem tamamilə bizim nəzarətimizdə olacaq və NATO sistemlərinə inteqrasiya edilməyəcək”.


ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, ABŞ-ın bu məsələ ilə bağlı iddiaları doğru olsaydı "S-400”lərin "F-35”lərin texnologiyasına uyğunlaşması lazım gələrdi. O, bu məsələ ilə bağlı Türkiyə-ABŞ birgə komissiyasının qurulması təklifinə indiyədək cavab verilmədiyini xatırladıb.


Qeyd edək ki, Türkiyə müdafiə sənayesi naziri İsmail Dəmir mayın sonu, iyunun əvvəllərində "S-400”-lərlə əlaqədar Türkiyədən Rusiyaya 100 hərbçinin göndəriləcəyini bildirib.

Xəbər lenti