Xəzər Xəbər

"Fənər" "Spartak"ın hücumçusunu 4 milyona alır

İdman | 15:28 • 16 May 2019
"Fənər" "Spartak"ın hücumçusunu 4 milyona alır

"Fənərbaxça” çoxdan maraqlandığı Ze Luiş üçün hərəkətə keçib.

Moskva "Spartak”ının forvardı "Fənər”in başlıca transfer hədəfidi.

Mənbə İstanbul klubunun bu keçid üçün 4 milyon avro xərcləməyə hazır olduğunu, sözügedən transfer baş tutmayacağı halda isə "Atletiko”dan Nikola Kaliniçi almağa cəhd edəcəyini vurğulayıb.

Ze Luiş 2015-ci ildən "Spartak”da top qovur. Onun ruslarla olan müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq. Kabo-verdeli futbolçu Moskva təmsilçisində oynadığı müddətdə Rusiya çempionu olub, ölkə Superkubokunu başı üzərinə qaldırıb.

Fanat.Az

Xəbər lenti