"Real" "Ayntraxt"ın futbolçusu Luka Yoviçin transferini bitirib.
"AS" nəşrinin yaydığı xəbərə görə, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Madrid klubunun bu transferi gələn həftə - "Ayntraxt"ın Bundesliqanın son turunda "Bavariya" ilə oyunundan sonra elan etməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, "Real"ın 21 yaşlı hücumçu üçün 60 milyon avro ödəyəcəyi iddia olunur.