Xəzər Xəbər

Kosmik hava durumu və proqnozu

Gündəm | 13:55 • 16 May 2019
Kosmik hava durumu və proqnozu

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası mayın 16-na olan kosmik hava durumunu açıqlayıb.


Rəsədxanadan xezerxeber.az-a bildiriblər ki, Günəş fəallığı aşağı səviyyədə olub.


10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.


Günəş fəallığı mayın 16-dan 18-dək çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.


Mayın 18-də CME təsirinin azalacağı, Günəş küləyinin fon rejiminə geri dönəcəyi gözlənilir.


Proqnoz dövründə ilk iki gün (mayın 16 və 17-də) geomaqnit sahədə həyəcanlaşmaların artacağı, G1 səviyyəli, bəzən isə G2 səviyyəli qasırğalar olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı mayın 16-da 35 faiz, 17-də 30 faiz qiymətləndirilir.

Xəbər lenti