Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət | 13:24 • 16 May 2019
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Bölgələrdə də sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Xəbər lenti