Xəzər Xəbər

Energetika Nazirliyindən tozsoranlarla bağlı məsləhət

Gündəm | 12:49 • 16 May 2019
Energetika Nazirliyindən tozsoranlarla bağlı məsləhət

"Avropa İttifaqı tərəfindən 2013-cü ildən tozsoranlar üçün enerji etiketinin tətbiqinə başlanıb. Etiketin üst hissəsi enerji məhsuldarlıq sinfini və orta hesabla enerji istehlakını, alt hissəsi isə tozsoranlar üçün satınalma qərarına əsas verən önəmli göstəriciləri əks etdirir”.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumatda bu barədə qeyd edilir.

Nazirlik əhaliyə tozsoran seçərkən diqqətli olmağa çağırıb: "2017-ci ildən Avropada motor gücü 900 vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir. Enerjiyə qənaət üçün tozsoran seçimində enerji etiketinə mütləq diqqət edin”.

Xəbər lenti