Xəzər Xəbər

Şimali Koreya son 37 ilin ən şiddətli quraqlığını yaşayır

Dünya | 17:52 • 15 May 2019
Şimali Koreya son 37 ilin ən şiddətli quraqlığını yaşayır

Şimali Koreyada 1982-ci ildən bəri ən güclü quraqlıq müşahidə edilir.


Xezerxeber.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, 2019-cu ilin ilk beş ayında ölkəyə orta hesabla 54,4 millimetr yağıntı düşüb ki, bu da son 37 il ərzində ən aşağı göstəricidir. Şimali Koreyada quraqlığın may ayının sonlarına qədər davam edəcəyi gözlənilir.


Bir qədər əvvəl BMT pis məhsuldarlıq fonunda kəskin ərzaq çatışmazlığı səbəbindən KXDR-də 10 milyon insanın zərər görə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti