Xəzər Xəbər

İlham Əliyev Şimali Makedoniyanın yeni Prezidentini təbrik edib

Gündəm | 17:07 • 15 May 2019
İlham Əliyev Şimali Makedoniyanın yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər lenti