Xəzər Xəbər

Türkiyədə dərslər sentyabrın 9-da başlayacaq - DƏYİŞİKLİK

Dünya | 15:59 • 15 May 2019
Türkiyədə dərslər sentyabrın 9-da başlayacaq -

Türkiyənin 2019-2020-ci illər üçün nəzərdə tutulan yeni təhsil sisteminə görə, ölkədə təhsil ili bir həftə irəli çəkilərək sentyabrın 9-da başlayacaq.


Bu barədə Türkiyənin milli təhsil naziri Ziya Selçuk 2019-2020-ci təhsil ili üçün nəzərdə tutulan yeni təhsil sistemi ilə bağlı məlumatında bildirib.


Bundan əlavə, ölkədə hər il 13 həftə davam edən yay tətilinin iki həftəsinin aprel və noyabr aylarına, hər ay bir həftə olmaqla keçirilərək qısaldılması planlaşdırılır. Bu tətillər zamanı elm, mədəniyyət, idman, gəzinti, sərgi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)

Xəbər lenti