Xəzər Xəbər

"Liverpul" Almaniya millisinin üzvünü transfer edir

İdman | 14:55 • 15 May 2019
"Liverpul" Almaniya millisinin üzvünü transfer edir

İngiltərənin "Liverpul" klubu yay transfer fəaliyyətinə başlayıb.

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızılar" Almaniyanın "Bayer" klubunda forma geyinən Yulian Brandtı transfer etmək istəyir. "Liverpul" 23yaşlı vingerin25milyon avroluqsərbəst qalma qiymətini ödəmək fikrindədir. Bundan əlavə, komandanın baş məşqçisi Yurgen Kloppun da bu transferə razılıq verdiyi iddia edilib.

Brandla Dortmund "Borussiya"sı da maraqlanır.

Almaniya millsinin üzvü 2014-cü ildə "Volfsburq"un U-19 komandasından "Bayer"ə keçib. Brandt keçirdiyi 214 oyunda 41 qol vurub.

Xəbər lenti