Xəzər Xəbər

Qaradağda mağazadan külli miqdarda pul oğurlanıb

Hadisə | 11:31 • 24 Aprel 2019
Qaradağda mağazadan külli miqdarda pul oğurlanıb

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar. Oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev "isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti