Xəzər Xəbər

Əlil arabası almaq üçün prosedur sadələşdirilir - VİDEO

Veb TV | 20:44 • 18 Aprel 2019
Əlil arabası almaq üçün prosedur sadələşdirilir -

Əlilliyi olan şəxslərin əlil arabası almaları üçün müraciət proseduru sadələşdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu proses yalnız bir ünvanda - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə həyata keçiriləcək.

Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev deyir ki, yenilik bu sahədə süründürməçiliyə zəmin yaradan halları aradan qaldıracaq və reablitasiya sisteminin şəffaflığını artıracaq. Bundan başqa, əlilliyin təyin edilməsi meyarlarında da dəyişiklik olacaq. Meyarların hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib.

Yeni meyarların növbəti ilin yanvar ayından tətbiqi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti