Xəzər Xəbər

Dünya Səhiyyə Təşkilatı: Tripoli uğrunda döyüşlərdə 174 nəfər həlak olub

Dünya | 14:05 • 16 Aprel 2019
Dünya Səhiyyə Təşkilatı: Tripoli uğrunda döyüşlərdə 174 nəfər həlak olub

Tripoli rayonunda gedən döyüşlər nəticəsində 174 nəfər, o cümlədən 14 mülki şəxs həlak olub, aralarında 36 dinc sakinin olduğu 756 nəfər isə yaralanıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç brifinq zamanı deyib.


Qurum, həmçinin münaqişə tərəflərini tibb müəssisələrinə, həkimlərə, təcili tibbi yardım maşınlarına və mülki infrastruktura zərər vurmamağa çağırıb.


Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirib. Hazırda döyüşlər paytaxtın yaxınlığında gedir.

Xəbər lenti