Xəzər Xəbər

Bazara faraş meyvə çıxarılır - Qiymət kəskin ucuzlaşacaq - VİDEO

Veb TV | 19:48 • 15 Aprel 2019
Bazara faraş meyvə çıxarılır -

Ölkəmizdə ilk dəfə faraş, yəni tez yetişən yazlıq meyvələrin bağı salınıb. Bakı kəndlərindən birində fəaliyyət göstərən bağda ərik, alça, şaftalı əkilib. Bu meyvələrin yaxın günlərdə satışa çıxarılması planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, bu meyvələr ölkəmizdə ilk olan faraş meyvə bağının nübarlarıdır.

Təsərrüfat sahibi Mürvət Həsənlinin sözlərinə görə, bu təcrübəni Türkiyədən götürüb. 2016-cı ilin dekabrında istixanaların tikintisinə başlanılıb və 2017-ci ilin yanvar ayının 20-25-də ağaclar əkilib.

İstixana şəraitində yetişən meyvənin digərlərindən dad və keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə bağlı şəraitdə yetişdiyi üçün daha çox istilik yaranır və tez məhsul yığılır. Gələcəkdə meyvə növlərinin genişləndirilməsi də planlaşdırlır. Gilas, kivi kimi meyvələr də bu şəraitdə yetişdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti