Xəzər Xəbər

Coli kinodan gedir

Şou Biznes | 15:28 • 24 Mart 2019
Coli kinodan gedir

Hollivud ulduzu, aktrisa Ancelina Coli karyerasını bitirir.


"Qafqazinfo”nun "The Sherbrook Times”a istinadən verdiyi xəbərə görə, Coli yeni həyata başlamaq üçün bu addımı atmaq qərarına gəlib.


Nəşr yazır ki, aktrisa Los-Ancelesedən doğulduğu və bütün ömrünü keçirdiyi Nyu-Yorka köçmək qərarına gəlib. O, özünü teatr sahəsində sınamaq niyyətindədir.


O da qeyd edilir ki, Colinin bu qərara gəlməsinə aktyor Bred Pitdən boşandıqdan sonra həmkərlarından dəstək almaması səbəb ola bilər. Belə ki, aktrisaya ayrılıq dönəmində elə də uğurlu film və rol təklifləri gəlməyib.

Xəbər lenti