Xəzər Xəbər

Poroşenkodan Rusiyaya ŞOK İTTİHAM: Kiyev metrosu...

Dünya | 11:30 • 20 Mart 2019
Poroşenkodan Rusiyaya ŞOK İTTİHAM:

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev metropoliteninin ləng inkişafında Rusiyanı ittiham edib.

Prezidentin çıxışının videosunu "NewsOne” kanalı dərc edib.

Onun sözlərinə görə, paytaxtın yeraltı dəmir yolunda problemlər ilk dəfə deyil ki, yaranır. Onun sözlərinə görə, Rusiya təcavüzü başlayanda - 2014-cü il fevralın 18-dən 20-dək olan dövrdə də problem yaranmışdı.

Həmçinin Ukrayna prezidenti qeyd edib ki, yalnız 2014-cü il ərzində Kiyevin yeraltı dəmir yolunun minalanması haqqında 200-dən çox xəbər daxil olub.

"Amma vurğulayıram ki, metronun işini və şəhərin həyatını iflic etmək cəhdləri dəqiq iflasa uğradı. Biz təcavüzə qarşı durmağı öyrəndik, həm döyüş meydanında, həm də Kiyevdə”, - o yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna prezidenti bu ayın əvvəlində terrorizmlə mübarizə konsepsiyasını təsdiqləyib. Sənəddə Rusiya Kiyev üçün ən böyük təhlükə adlandırılıb./publika.az

Xəbər lenti