Xəzər Xəbər

Məşhur professordan İNANILMAZ RESEPT: xoşbəxt olmaq istəyirsinizsə...

Maraqlı | 10:54 • 20 Mart 2019
Məşhur professordan İNANILMAZ RESEPT:

Verdiyi açıqlamaları ilə tez-tez Türkiyədə böyük səs-küy yaradan məşhur professor və kardioloq Canan Karatay bu dəfə xoşbəxtlik reseptini açıqlayıb.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sağlam qidalanma haqqında fikirlərini belə ifadə edib:

"Qış mövsümündə ucuz qış tərəvəzlərinə üstünlük verməli, yazda isə yaz tərəvəzləri yeməliyik. Çünki bədənimiz belə proqramlaşdırılıb. Qışda badımcan və bibər istifadəsinə qarşıyam. İlin 12 ayı badımcan yesəniz, bədən mənfi reaksiya göstərər. Qış üçün turp, kələm, yerkökü, gül kələm, yerkökü və kərəviz kimi faydalı məhsullar var. Qışda bu tərəvəzləri yeməliyik ki, xəstələnməyək. Hər tərəvəzi və hər meyvəni təbii yetişdiyi mövsümündə yeməliyik".

Canan Karatay xoşbəxt olmaq istəyənlərə şalğam suyu içməyi təklif edib və bildirib ki, soyuq havalarda qıcqırmış şalğam suyu, təbii qatıq və evdə düzəldilmiş turşu növlərinə üstünlük vermək lazımdır. Xoşbəxtlik hormonu olan serotonin bağırsaqlarda əmələ gəldiyini xatırladan Karatay fikirlərinə belə davam edib:

"Serotonin hasil etmək üçün ən doğru qidalar evdə düzəldilmiş turşu, təbii qıcqırmış şalğam suyu, sirkə və qatıqdır. Kələm, turp, gül kələmi, soğan, sarımsaq, təbii kərə yağı, zeytun yağı, keçi pendiri, qoyun pendiri də serotonin ifraz edir. Ənənəvi üsullarla düzəldilmiş turşu və şalğam suyu ən sağlam içkilərdir".

Sonda Karatay makaron, paxlava, piroq, lahmacun, pitsa, kotlet, sendviç və qazlı içkilərin köklüyə səbəb olduğunu dilə gətirib.

Məlumat üçün bidirək ki, şalğam kələmçiçəyikimilər fəsiləsinə aid bitki olan şalğamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalğam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalğamla bərabər qara yerkökü də yeyilə bilər. Şalğam Türkiyədə adətən kababla içilir. Plastik qabda saxlanılsa, dadı dəyişə bilər, odur ki, əsasən şüşədə saxlanılır. Sağlamlığa faydalı olduğu iddia edilsə də, tərkibində yüksək miqdarda duz olduğu üçün təzyiq problemi olanlar və hamilə qadınlar tərəfindən az istifadə edilməlidir./publika.az

Xəbər lenti