Xəzər Xəbər

Əfv sərəncamı Prezidentimizin humanizm siyasətinin daha bir nümunəsidir VİDEO

Veb TV | 19:54 • 19 Mart 2019
Əfv sərəncamı Prezidentimizin humanizm siyasətinin daha bir nümunəsidir

Əfv sərəncamı prezidentin böyük humanizmindən xəbər verir. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş edilib. Baş nazirin müavini Əli Əhmədov, Əli İnsanovun verdiyi açıqlamaya da münasibət bildirib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam 400-dən artıq insana şamil edilib. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib. Onun sözlərinə görə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir.

Baş nazirin müavini əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi açıqlamayada münasibət bildirib.Odeyib ki, hər hansı beynəlxalq təşkilat Azərbaycan qarşısında Əli İnsanovun azadlığa buraxılması ilə bağlı vəsatət qaldırmayıb.

Onu da qeyd edək ki,baş nazirin müaviniƏli Əhmədov bu gün Bilgəh qəsəbəsində Novruz bayramı münasibətlilə qocalar evində keçirilən bayram tədbirində iştirak edib.O bildirib ki, dövlət himayəsində yaşayan tənha və ahıl insanların normal yaşayış şəraiti , onların etibarlı sosial müdafiəsi təmin olunur.

Xəbər lenti