Xəzər Xəbər

Metro stansiyalarında Novruz şənliyi VİDEO

Veb TV | 19:42 • 19 Mart 2019
Metro stansiyalarında Novruz şənliyi

Keçəl ilə kosa çalıb oynadılar, bahar qız isə metronun balaca sərnişinlərinə Novruz hədiyyələri payladı.

Ənənəsinə sadiq qalan Bakı metropoliteni bu dəfə İçərişəhər stansiyasında əsl bayram ab-havası yaratdı.

Bayram şənliyi bununla yekunlaşmır. Silsilə tədbirlər 3 gün ərzində metronun müxtəlif stansiyalarında davam etdiriləcək.

Bu günlərdə hər kəsin marağına səbəb olan retro vaqonlardan ibarət qatarı da içərişəhər stansiyasında görə bilərsiz.

Bakı metropoliteni bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Xəbər lenti