Xəzər Xəbər

Qaxda reyd keçirilib - VİDEO

Veb TV | 20:24 • 18 Mart 2019
Qaxda reyd keçirilib -

Qaxda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, bir-neçə saat davam edən reyd zamanı 30-a yaxın nəqliyyat vasitəsi saxlanılıb, 10 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Lakin bu zaman Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarına etirazını bildirən sürücülər də olub. Məsələn, sürücülərdən biri etiraz edir ki, ona məxsus, sərnişin daşımağa icazə verən sənədin şəklini niyə mobil telefonla çəkirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları bildirib ki, son vaxtlar qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslar çoxalıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, fərqlənmə nişanının şəkli ona görə çəkilir ki, məhkəmə və ya digər araşdırmalar zamanı sübut kimi təqdim olunsun. Bayram ərəfəsində belə reydlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti