Xəzər Xəbər

İtaliyada avtomobil istehsal edən şirkətin prezidenti və baş direktoru həbs edilib

Dünya | 10:43 • 16 Mart 2019
İtaliyada avtomobil istehsal edən şirkətin prezidenti və baş direktoru həbs edilib

İtaliyanın avtomobil istehsalçısı "Blutec” şirkətinin prezidenti və baş direktoru həbs edilib.


AZƏRTAC İtaliyanın "ilmessaggero.it” saytına istinadla xəbər verir ki, maşınqayırma şirkətinin prezidenti Roberto Cinatta və baş direktoru Kozimo di Kursi dövlətdən külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs olunaraq ev dustaqlığına məhkum ediliblər.


Polis həbs olunan şəxslərin ümumi məbləği təxminən 16,5 milyon avro məbləğində olan aktivini dondurub. Şirkətin aktivlərini müsadirə edib.


Qeyd edək ki, "Blutec” şirkəti İtaliyanın Siciliya adasındakı Termini-İmpereze bölgəsində yerləşən "FİAT”ın keçmiş zavodunu almışdı.

Xəbər lenti