Xəzər Xəbər

8 il əvvəl yenidən doğuldum İbrahim Tatlıses

Şou Biznes | 13:07 • 15 Mart 2019
8 il əvvəl yenidən doğuldum

"Yaxşı ki, doğulmuşam".

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses İnstagramda qızı Elif Ada ilə birgə şəklini paylaşıb.

O, 8 il əvvəl Şişlidə silahlı şəxslərin hücumuna məruz qalaraq başından yaralanıb. Ağır yaralanan Tatlıses o gündən bəri doğum gününü mart ayının 4-də qeyd edir.

Müğənni İnstagramda qızı ilə birgə şəklini paylaşaraq "8 il əvvəl yenidən doğuldum. Allah bir can daha bağışladı, məni sizə qovuşdurdu. Şükürlər olsun. Yaxşı ki, doğulmuşam, amma sizlər də yaxşı ki, varsınız. Sevginiz və dualarınız mənə güc verir, həmişə var olun" yazıb.

Qeyd edək ki, müğənni 1952-ci il yanvarın 1-də dünyaya gəlib.

AzNews.az

Xəbər lenti