Xəzər Xəbər

İbtidai siniflər üçün YENİ DƏRSLİKLƏR hazırlanır VİDEO

Veb TV | 20:00 • 14 Mart 2019
İbtidai siniflər üçün YENİ DƏRSLİKLƏR hazırlanır

İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklər hazırlanır. Bu, Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir.

Təhsil nazirliyinin şöbə müdiri Emin Əmrullayevin sözlərinə görə, Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklərin tədrisi beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Bura dərslik, müəllim üçün metodiki vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Ehtiyat dərsliklərin hazırlanması üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üçmərhələli müsabiqə keçirilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.Dərsliklərin 2019-2020-ci ildə tam sınaqdan keçirilməsi nəzərdə tutulur .Ümumiyyətlə isə bu dəsrliklərin tədrisi ilə məşğul olan müəllimlər üçündə xüsusi təlimlərin təşkilidə nəzərdə tutulur.

Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.

Xəbər lenti