Xəzər Xəbər

Biri yoldaşım, biri məşuqəmdir! Məşhur müğənni

Şou Biznes | 14:58 • 14 Mart 2019
Biri yoldaşım, biri məşuqəmdir!

Berksan Best FM-in qonağı olub.

Türkiyəli müğənni Berksan açıqlamasında təəccüblü ifadə işlədib: "Musiqi yoldaşım, "Çilek Beach” məşuqəmdir. Birini seçmək məcburiyyətindəyəm".

Berksan yeni "Sakin” mahnısı ilə Yasemin Şefikin Best FM-dəki proqramına qonaq olub.

"Yazdığım mahnıları saat neçədə olursa olsun, qardaşım Turaçla bərabər studiyaya gələn hər kəsə dinlətmək istəyirik. Hətta dinlətdirdik, amma artıq özümü saxlaya bilmirəm”-deyə bildirib.

Yasemin Şefikin "Yaz yaxınlaşır, çimərliyi açacaqsanmı?” sualına sevilən müğənni Berksan belə cavab verib:

"Çilek” markasını müxtəlif şəhərlərə bir brend kimi satdım və hər şey də gözəl gedir. Bu il də "Çilek Beach” olacaq, amma mən olmayacağam. Bir yandan mahnı çalışmalarım, bir yandan klub və çimərlik çətin olur. İşimi sevərək edirəm, amma asan deyil. Hətta musiqi arvadım, çimərlik isə məşuqəm kimidir... Birini seçməyim lazımdır. Mən musiqini seçdim”.

AzNews.az

Xəbər lenti