Xəzər Xəbər

Adriana Metinlə 10 gün əvvəl görüşdü 2 şərt qoydu

Şou Biznes | 14:54 • 14 Mart 2019
Adriana Metinlə 10 gün əvvəl görüşdü

"Metin məndən və ətrafımdan istifadə etdi”.

Brazilyalı model Adriana Lima ilə türkiyəli yazıçı Metin Haranın 2017-ci ilin yazında başlayan münasibətləri 2 aya yaxındır ki, bitib.

Adriana Lima guya yaxınlarına "Metin məndən və ətrafımdan istifadə etdi” deyə şikayət edib.

Ardınca isə İnstagramda "Qadınlar, siz pis böyüdülən kişilər üçün reabilitasiya mərkəzi deyilsiniz. Siz partnyor istəyirsiniz, layihə yox” sözləri ilə diqqət çəkib.

Adriana Lima Metin Hara ilə 10 gün əvvəl görüşərək münasibətlərini yenidən gözdən keçirib. Bir saatlıq görüşdə Metin Haraya 2 şərt qoyub:

"Türkiyədən köç, Amerikada yaşa, evlənək”.

Metin Hara evliliyə yaxşı baxsa da, ölkəsini tərk etməyəcəyini deyib.

Adriana Lima isə münasibətin uzaq məsafələrə görə davam edə bilməyəcəyini düşünüb.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar