Xəzər Xəbər

Ekspertdən KƏSKİN SÖZLƏR: “Onlar erməni xüsusi xidmət orqanlarına...” VİDEO

Veb TV | 20:15 • 12 Fevral 2019
Ekspertdən KƏSKİN SÖZLƏR: “Onlar erməni xüsusi xidmət orqanlarına...”

Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda Azərbaycan tərəfinin mövqelərinin güclü olması faktını qarşı tərəf çox yaxşı anlayır. Ona görə də Azərbaycanın daxilində "psixoloji sindrom" yaratmaq taktikasına əl atırlar. Bu taktika ölkəmizə qarşı etnik bölücülük siyasətinin yanında yer alan bir sıra çevrələrin hərəkətə gətirilməsindən ibarətdir. Ona görə də, həmin şəbəkələr Ermənistan və digərxüsusi xidmət orqanları tərəfindən maliyyə dəstəyi almağa və etnik separatizmi dəstəkləməyə cəhd göstərirlər.

Bu gün Avropa dövlətlərində siyasi mühacir statusu ilə məskunlaşan bir bir sıra anti millə qruplar ayrı-ayrı xüsusi xidmət orqanlarının, erməni mərkəzlərinin işbirliyi edərək, Azərbaycana qarşı ifəaliyyət göstərirlər. Bu adamlar arasında etnik bölücülüklə məşğul olanlar da az deyil. Onlar etnik azlıqların guya Azərbaycanda sıxışdırıldığı iddia edərək fəaliyyətlərini bu istiqamətdə qururlar. Belə şəxslərin olan İsmayıl Şabanov adlı şəxs ayrı-ayrı etnik cəmiyyətlərin üzvlərini ətrafına toplayaraq toplantılar keçirir, Azərbaycanın əleyhinə böhtan və yalan məlumatlar yayır.yəni, Azərbaycan Respublikasına qarşı hakimiyyətin devrilməsi və Konstitusiya quruluşunun dəyişdirilməsi iddialarına görə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən həbs olunmuş Fəxrəddin Abbaszadənin missiyasını bu dəfə İsmayıl Şabanov öz üzərinə götürüb.

Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, bəzi dairələr Azərbaycanın daxilində "psixoloji sindrom" yaratmaq taktikasına üz tuturlar. Onlar həttamühacirət də üzdən iraq bir hökümət də formalaşdırıb və postları öz aralarında bölüblər.SiyahıdaŞahin Mirzəyev, Yusif Sərdarzadə, Raid Bağırov və s. separatçıların adları da var.

Onların fəaliyyətinin Ermənistan mətbuatında geniş işıqlandırılması isə əslindəbu qüvvələrin kimlərlə əməkdaşlıq etdiyi və kimin maraqlarına xidmət etdiyini göstərir. GörünürAzərbaycanın güclənməsi xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi konteksində mövqelərinin möhkəmlənməsi həm Ermənistanı həm də bu seprataçı ünsürləri ciddi narahat edir. Ona görədə əlbir olub Azərbaycana qarşı fəaliyyət göstərirlər. Onların əsas hədəflərindən biri dəAzərbaycan ordusunu gözdən salmaqdır. Bu məsələdə onların yerli dəstəkçiləri də var. Onlar Azərbaycan ordusunda aparılan islahatları mahiyyətindən fərqli qələmə verməyə çalışır,olmayan böhtan xəbərlər yayırlar. Şübhəsiz ki məqsəd əhlidə ordu ilə bağlı şübhələr yaratmaqdır. Digər məqsəd isə Ermənistanın düşdüyü çətin vəziyyətdən diqqəti yayındırmaqdır.Görünür regionda gündən-günə mövqelərini daha da möhkəmləndirən, ard-arda beynəlxalq layihələrə imza atan, dünya ölkələrinin hesablaşdığıgüclü Azərbaycanın yanında kölgədə qalan güclər yeganəümidi separatizmin körükləndirilməsidir.

Xəbər lenti