Xəzər Xəbər

Bakıda ailə faciəsi: Kişi arvadını qətlə yetirdi VİDEO

Veb TV | 19:16 • 12 Fevral 2019
Bakıda ailə faciəsi: Kişi arvadını qətlə yetirdi

Bakıda kişi arvadını qətlə yetirib.


Paytaxtın Binəqədi rayonunda 49 yaşlı Tufan Qurbanov həyat yoldaşı 40 yaşlı Lalə Qurbanovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.


T.Qurbanov saxlanılıb.


***

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.


Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti