Xəzər Xəbər

"Real"dan "Barselona"ya ağır zərbə

İdman | 18:12 • 12 Fevral 2019
"Real"dan "Barselona"ya ağır zərbə

"Real" və "Barselona" arasında transfer yarışı başlayıb.


"Real" "Barselona"nın anlaşdığı Luka Yoviç üçün hərəkətə keçib.


Məlumata görə, Kataloniya klubu serb futbolçunun özü ilə anlaşıb. 21 yaşlı forvard Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda icarə əsasında çıxış edir və müqavilə ilə "Benfika"ya məxsusdu. "Baarselona" hələlik portuqaliyalılarla danışıqlara başlamayıb.


Kataloniyalılar serb futbolçu ilə anlaşsa da, transferin reallaşmasında böyük əngəl var. Çünki artıq "Real" "Benifika" ilə danışıqlara start verib. Bu barədə "Bild" etibarlı mənbəyə istinadən məlumat yayıb.


Qeyd edək ki, "Benfika" Luka Yoviçi 2516-cı ilə Cənubi Kiprin "Apollon" klubundan 6.6 milyon avroya alıb. 2017-ci ildən "Ayntraxt"a icarəyə verilən serb futbolçuya hazırda "Transfermark" 40 milyn avro qiymət qoyub. O, cari mövsümdə oynadığı 27 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib. Serbiya millisinin üzvü 14 qolla Bundesliqanın bombardirlər siyahısında ilk pillədə qərarlaşıb.


Fanat.Az

Xəbər lenti