Xəzər Xəbər

Birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı açıqlandı

Cəmiyyət | 13:14 • 12 Fevral 2019
Birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı açıqlandı

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə dair Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə (11 min manat) verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib.


Bu barədə Modern.az-ın sorğusuna caab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.


Şöbə müdiri qeyd edib ki, bununla da, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb:


"Həmin şəhidlərdən indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunmuş digər şəhid vərəsələrinə də ödəmələrin yaxın günlərdə həyata keçirilməsi təmin olunacaq”.


F.Talıbovun sözlərinə görə, ümumilikdə 2268 şəhid üzrə vərəsələrin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində başa çatdırılacaq:


"Şəhid vərəsələrinə birdəfəlik ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait nəzərdə tutulur”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti