Türkiyə Böyük Millət Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xatirə pul sikkələri hazırlayıb. Belə həssas münasibətə görə qardaş ölkəyə təşəkkürümüzü bildiririk.
Xezerxeber.az xəbər verir ki, bu sözləri fevralın 12-də Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib. Sədr əlavə edib ki, bu addım qardaş ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin daha bir göstəricisidir.