Xəzər Xəbər

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

Cəmiyyət | 12:05 • 12 Fevral 2019
“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən "İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər "İşsizin DOSTu” proqramına cəlb edilirlər. Cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.

Proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
448 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti