Xəzər Xəbər

Trampın planı hazırdır: 9 apreldən sonra 6 milyon insan...

Dünya | 15:54 • 11 Fevral 2019
Trampın planı hazırdır:

"Əsrin razılaşması” adlandırılan və bir müddətdir ki, Tramp hökuməti tərəfindən üzərində işlənən İsrail-Fələstin barış planının tamamlandığı bildirilir.

ABŞ hökumətinin iki rəsmi şəxsi Trampın Yaxın Şərq planı haqqında məlumatlandırıldığı xəbərini verib. Ona bu bilgiləri kürəkəni Cerad Kuşner, ABŞ-ın İsrail səfiri Devid Fraydmen, Beynəlxalq Müzakirələr üzrə xüsusi təmsilçi Ceyson Qrinbalt tərəfindən verilib.

Rəsmilərin sözlərinə görə, plan İsraildə keçiriləcək 9 aprel seçkilərindən öncə açıqlanmayacaq və İsrailin təhlükəsizliyini təhdid edəcək hər hansı hərəkətə yol verilməyəcək.

Bundan əlavə, Cerard Kuşnerin İsrail-Fələstin sülh planı da daxil olmaqla, mövcud problemləri müzakirə etmək üçün Varşavada təşkil ediləcək Yaxın Şərq konfransına qatılması gözlənilir. Daha öncə isə Kuşner ilə Qrinbaltın "Əsrin razılaşması” planını görüşmək üçün bu ayın sonlarında Körfəz ölkələrinə səfər edəcəyi açıqlanmışdı.

"Əsrin razılaşması” nədir?

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin qarşıdurmasna həll yolu tapmaq üçün uzun müddətdir ki, bir planın üzərində işləyir. Planın detalları hələ açıqlanmasa da, beynəlxalq mətbuatda razılaşmanın Fələstin məsələsini həll etməkdən əlavə, problemi daha da dərinləşdirəcəyi haqda fikirlər gedir. Planda Qüdsün tamamilə İsrailə verilməsi, Qərbi Şəriədəki yəhudi məskənlərinin saxlanılması kimi fələstinlilərin əleyuhə olacaq maddələrin olması bildirilir. Həmçinin, ehtimal olunur ki, İsrail qaçqın düşən 6 milyon fələstinlinin geridönüşünə haqq tanımayacaq./publika.az

Xəbər lenti