Xəzər Xəbər

Qəbiristanlıqlarda, dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq - AÇIQLAMA - VİDEO

Veb TV | 19:43 • 11 Yanvar 2019
Qəbiristanlıqlarda, dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq -

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq.

Yeni qərara görə, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər min nəfərə 0,24 hektar hesabı ilə müəyyən edilib. Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması üçün nəzərdə tutulub.

Mübariz Qurbanlı din xadimlərinə verilən vəsaitlərlə bağlı məsələyə də münasibət bildirib.

Komitə sədri həmçinin bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti