Xəzər Xəbər

Bakıda qətl törədilib - VİDEO

Veb TV | 19:38 • 11 Yanvar 2019
Bakıda qətl törədilib -

Bakıda qətl törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsində baş verib.

Metronun ''Nizami'' stansiyası yaxınlığında naməlum şəxs və ya şəxslər Saatlı rayon sakini 23 yaşlı Şəmiyev Emin Asif oğlunu bıçaqlayıb. Ağır xəsarətlər alan Emin Şəmiyev elə küçədəcə ölüb. Dərhal hadisə yerinə rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunduqdan sonra Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsın axtarışını aparır.

Xezerxeber.az videogörüntünü təqdim edir:



Xəbər lenti