Xəzər Xəbər

Tanınmış xanəndənin pulunu oğurlayan şəxs yaxalandı - VİDEO

Veb TV | 19:45 • 11 Yanvar 2019
Tanınmış xanəndənin pulunu oğurlayan şəxs yaxalandı -

Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.

İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.

Suraxanı polisi isə fərdi yaşayış evlərindən oğurluqlar etməkdə şübhəli bilinən şəxsləri tutub. Əməliyyat nəticəsində evlərə daxil olaraq kombi aparatları və digər qiymətli məişət əşyalarını oğurlayan Cəlilabad rayon sakini Fərid Əliyev və Şabran rayon sakini Simran Məmmədzadə saxlanılıb. Onlar ifadələrində iki mənzildən oğurluq etdiklərini bildiriblər. Qeyd edək ki, saxlanılan şəxslərin oğurluq niyyəti ilə daxil olduqları evlər Fərid Əliyevin yaşadığı ünvanın qonşuluğunda yerləşir. O, qonşuları evdə olmadığı zaman Simran Məmmədzadə ilə birlikdə həmin evlərdən oğurluq etdiyini bildirib.

Saxlanılan şəxslərin rayon və paytaxt ərazisində digər cinayətlərdə iştirak etmələri istisina edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti