Xəzər Xəbər

UEFA Mülleri cəzalandırdı: "Liverpul"la oyunları buraxacaq

İdman | 15:10 • 11 Yanvar 2019
UEFA Mülleri cəzalandırdı:

Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ayaks"la səfər qarşılaşmasında (3:3) qırmızı vərəqə alan "Bayern"in futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.

XəzərXəbər xəbər verir ki, UEFA alman futbolçuya iki oyunluq cəza verib. Bu səbəbdən də Müller 1/8 final mərhələsində komandasının "Liverpul"a qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Bayern" "Liverpul"la ilk oyunu fevralın 19-u səfərdə keçirəcək. Cütün cavab görüşü martın 13-də reallaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər lenti