Xəzər Xəbər

Banklarda xeyli sənəd imzalamağa ehtiyac yoxdur "Mobil elektron imza" istifadəyə verildi - VİDEO

Veb TV | 20:46 • 6 Dekabr 2018
Banklarda xeyli sənəd imzalamağa ehtiyac yoxdur

Banklarda xeyli sənəd imzalamağa ehtiyac yoxdur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Mobil elektron imza" istifadəyə verilib. Bu tətbiq sayəsində banka müraciət edən istənilən vətəndaşa "Mobil elektron imza" sertifikatı təqdim edilir. Mobil telefona göndərilən kod sayəsində imza aktivləşdirilir və sənədlər elektron şəkildə imzalanır. Nəticədə də bir sıra kağız formatındakı sənədlərə imza atmağa ehtiyac qalmır.

Vətəndaş ikinci dəfə hər hansı bir banka müraciət etdikdə isə sistem tərəfindən avtomatik tanınır və sənədləri elektron şəkildə imzalayır. Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasovun sözlərinə görə, hazırda bir neçə bank bu sistemə qoşulub. Nazirlik tərəfindən digər bank və qurumların da "Mobil elektron imza" layihəsinə qoşulması həyata keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən daha bir yenilik isə Elektron imzaların digər ölkələrlə qarşılıqlı tanınması məsələsidir. Aprel ayında Azərbaycan və Türkiyə arasında Eelektron imzaların qarşılıqlı tanınması ilə bağlı memorandum imzalanıb. Texniki işlərin müzakirəsinə başlnılıb və ilkin istiqamət müəyyənləşdirilib.

Həbib Abbasov bildirib ki, Türkiyə ilə elektron imzaların qarşılıqlı tanınması gələn ildən tam fəaliyyət göstərəcək. Digər ölklərlə də qarşılıqlı tanınma ilə bağlı danışıqlar aparılır.

Xəbər lenti