Xəzər Xəbər

18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü VİDEO

Veb TV | 20:05 • 6 Dekabr 2018
18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Ötən gün Yevlax xəstəxanasında dünyasını dəyişən 18 yaşlı qızın ölümü ilə bağlı həkim açıqlama verib.

Rayon sakini Sona Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə, təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirlib. Tibb ocağında müayinə edilən gənc səhər saatlarında vəfat edib.

Sona Əliyevanın yaxınları həkimə bildirib ki, övladları arıqlamaq üçün müəyyən dərmanlar qəbul edib. Həmçinin qida qəbulu da zəifləyib. Buna qədər qızın bir neçə dəfə halı pisləşib, ona müəyyən vasitələrlə yardım göstərilib. Tibb işçiləri xəstədən hansı dərman qəbul etdiyini soruşduqda anası baş ağrısı üçün dərman və 2 ədəd aktivləşmiş kömür qəbul etdiyini bildirb. Həmçinin xəstənin formula dərmanları qəbul etdiyi də üzə çıxıb. Gənc qızın ölüm səbəbi ekspertiza rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti