Xəzər Xəbər

Ancelina Coliyə bənzəmək üçün 51 dəfə əməliyyata girdi

Şou Biznes | 17:49 • 5 Dekabr 2018
Ancelina Coliyə bənzəmək üçün 51 dəfə əməliyyata girdi

Təbər qeyd edib ki, fotolarını paylaşdığı zaman üzünü gülünc vəziyyətə gətirir

Ancelina Coliyə bənzəmək üçün dəfələrlə əməliyyat olan iranlı qadın Səhər Təbər 51-ci dəfə əməliyyat olunub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gənc qadın bu dəfə burun əməliyyatı keçirib.

"Mən fotolarımı paylaşmadan əvvəl üzərində çalışıram. Əsl üzümü ancaq fanatlarım tanıyır"- deyə Təbr qeyd edib.

Təbər qeyd edib ki, fotolarını paylaşdığı zaman üzünü gülünc vəziyyətə gətirir: "Bu mənim sənətim və özümü izah etmə formamdır. Fanatlarım mənim real üzümün bu olmadığını yaxşı bilirlər".Burnu bandajlı fotosunu İnstagram hesabında paylaşan Təbər saçlarını da xüsusi proqram vasitəsilə boyayıb.

Qeyd edək ki, Təbərin İnstagramda 400 min izləyicisi var.

Xəbər lenti