Xəzər Xəbər

Karl Marks dairəsinin ƏTRAFI HƏR GÜN TIXAC OLUR - VİDEO

Veb TV | 20:28 • 9 Noyabr 2018
Karl Marks dairəsinin

Günün pik saatlarında paytaxtın Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən Karl Marks dairəsinə aparan yollarda uzun tıxaclar əməl gəlir. Sürücülər bu tıxacın səbəbinin dəyişiklikdən sonra Karl Marks dairəsində hərəkətə icazə verilməsi ilə əlaqədar olduğunu bildirir. Aidiyyatı qurumlar isə problemin həll ediləcəyini deyir.

Tıxacın uzunluğu kilometrlərlədi. Addım-addım gedən avtomobillər yalnız dairəni keçdikdən sonra yollarına rahat davam edə bilirlər. Bu mənzərə isə təxminən bir həftədir ki, belədir.

Görüntülər paytaxtın iki böyük prospektlərindən olan Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsindəndir. Sürücülər iddia edir ki, təxminən bir həftə əvvəl Karl Marks dairəsində hərəkətin bərpa edilməsi ərazidə tıxaca səbəb olub.

Dəyişiklikdən sonra Xutor kimi tanınan ərazidən də dairə istiqamətində hərəkətdə sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, ərazidə tıxacın yaranmasına səbəb Azadlıq prospektindən çıxaraq qanunsuz olaraq bir başa dairəyə daxil olan avromobillər, eyni zamanda dayanma durma qaydalarının pozulmasıdır.Artıq Azadlıq prospektindən çıxışda dairəyə daxil olmanın qarşısını alan rezin tumbalar qoyulub və yaxın günlərdə ərazidə dayanma durma qaydalarının pozulmasına qarşı tədbirlər görüləcək. Eyni zamanda qanunvericiliyə müvafiq dəyişiklikdən sonra əraziyə kameralarda quraşdırılacaq və dayanma durma qaydalarını pozanlar cəzalandırılacaq. Ehtimal edilir ki, bu təbdirlərdən sonra ərazidə tıxac müşahidə edilməyəcək.

Xəbər lenti