Xəzər Xəbər

Dünyaya səs salan 9 yaşlı qızdan çox təhlükəli hərəkətlər – VİDEO

Veb TV | 12:40 • 9 Noyabr 2018
Dünyaya səs salan 9 yaşlı qızdan çox təhlükəli hərəkətlər –

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yüksək sürətlə at çapma bacarığı ilə məşhurlaşan Gülay Fərzəliyevanın yeni videosu yayılıb.

Gülay Fərzəliyeva yeni videoda at çaparkən çox təhlükəli hərəkətlər edir. At sürətlə hərəkət edir. Qız isə bir əli ilə atın yüyənindən tutur, digər əlini isə yüyəndən buraxır və başıaşağı sallanır.

Video sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb. Bəziləri isə Gülay Fərzəliyevaya ehtiyatlı olmağı və belə təhlükəli hərəkətlər etməməyi məsləhət bilirlər.

BAKU.WS


Xəbər lenti