Xəzər Xəbər

Bakıda xəstəxanada bədbəxt hadisə 9 nəfər zəhərləndi, pasiyentlər təxliyə olundu - VİDEO

Veb TV | 20:11 • 8 Noyabr 2018
Bakıda xəstəxanada bədbəxt hadisə

Bakıda 8 saylı şəhər poliklinikasında qazsızma hadisəsi təşvişə səbəb olub. Hətta bir neçə nəfər zəhərlənmə şübhəsi ilə respublika toksikologiya mərkəzinə yerləşdirilib. Maraqlıdır ki, həmin poliklinikanın binası qaz ilə təchiz olunmayıb. Indi aidiyyatı qurumlar qaz qoxusunun binaya haradan daxil olduğunu araşdırır.

Bakıda xəstəxanada qazsızma hadisəsi qeydə alınıb. Hadisə Nərimanov rayonundakı 8 saylı şəhər polikilinikasında baş verib.

Xəstəxanada olan 9 nəfər zəhərlənmə şübhəsi ilə Respublika Taksikologiya Mərkəzinə yerləşdirilib.

Sözügedən xəstəxananın baş həkimi Tamillə Kərimovanın sözlərinə görə, günorta saatlarında xəstəxanada qəfil maye qaz qoxusu hiss edilib. Bu isə xəstələr arasında təşvişə səbəb olub.

Tamillə Kərimova deyir ki, həmin vaxt xəstəxanada 80 nəfərə yaxın xəstə olub. Ilkin həyəcan da elə xəstələr arasında yayılıb. Dərhal hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə və digər aidiyyatı qurumlara məlumat verilib.

Əraziyə cəlb edilən təcili tibbi yardım birqadaları zəhərlənmə şübhəsi ilə 9 nəfəri respublika taksikologiya mərkəzinə aparıb. Poliklinikanın baş həkiminin sözlərinə görə, bina qaz ilə təchiz olunmayıb. Qoxunun hardan gəlməsi isə hələ ki araşdırılır..

Respublika Toksikologiya Mərkəzinin baş həkimi Azər Maksudov bildirdi ki, mərkəzə gətirilən hər kəs müayinə edilib. Onlarda heç bir zəhərlənmə əlamətləri qeyidə alınmayıb. Məlum olub ki, həmin şəxslərin hamısı qorxu hissi keçirib. Mərkəzə yerləşdirilənlər ilkin yardımdan sonra evə buraxılıblar.

Xəbər lenti